Xəbər lenti

Belçika şəhərləri Belçika-İsrail oyununu keçirməkdən imtina etdi
İdman 15:40 13.07.2024

Belçika şəhərləri Belçika-İsrail oyununu keçirməkdən imtina etdi

Belçikanın heç bir şəhəri UEFA Millətlər Liqasının qrup mərhələsində İsrail komandası ilə millinin futbol matçına ev sahibliyi etmək istəməyib.

Qaynarinfo bu barədə HLN-ə istinadən xəbər verir.

Bundan əvvəl Brüssel təhlükəsizlik təhdidləri səbəbindən imtinanı rəsmən elan etmişdi. HLN qeyd edir ki, Lyej, Leuven, Antverpen və Bruges şəhərləri də Belçika-İsrail matçına ev sahibliyi etmək istəmədiklərini açıqlayıblar.

Millinin sentyabrın 6-na planlaşdırılan görüşü ölkə xaricində baş tutacaq.

Belçika Kral Futbol Assosiasiyası Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə qarşılaşmanın alternativ yerləri ilə bağlı məsləhətləşmələr aparır. Seçimlərdən biri Macarıstandakı "Panço Arena"dır.

Aydın

--> -->