Xəbər lenti

Bu zavodun rəhbəri dəyişdi
Ekonomiks 10:58 28.08.2025

Bu zavodun rəhbəri dəyişdi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində "Bakı Gəmiqayırma Zavodu” MMC-nin idarə heyətinin sədri Elşad Nuriyev vəzifəsindən azad edilib.

"APA-Economics”in əldə etdiyi məlumata görə, E.Nuriyevin yerinə bu vəzifənin icrası Ruslan Talıbova həvalə olunub.

Qeyd edək ki, R.Talıbov bu vaxta qədər Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri olub.

--> -->