Xəbər lenti

Juninyo
İdman 12:21 14.12.2025

Juninyo "Qarabağ"a qayıtmayacaq - Məşhur kluba keçir

Braziliyanın "Flamenqo" klubunun futbolçusu Olavio Juninyo komandasını dəyişəcək.

Teleqraf ESPN-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu yanvarda Meksikanın "Pumas" klubuna keçəcək.

Paytaxt təmsilçisi bu transfer üçün Braziliya komandasına 5 milyon avro ödəyəcək. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Olavio Juninyo bu ilin yanvarında "Qarabağ"dan "Flamenqo"ya keçib. Onun Ağdam təmsilçisinə qayıdacağı ilə bağlı şayiələr yayılmışdı.
--> -->