Xəbər lenti

Ekonomiks 18:20 12.12.2025

"OBA" Marketlər şəbəkəsindən vacib məlumatlandırma

Son günlər sosial şəbəkələrdə "OBA” marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya, müsabiqə və mükafat elanları müşahidə edilir. Bildiririk ki, "OBA” tərəfindən rəsmi kanallarda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya şirkətimizə aid deyil.

İzləyicilərimizdən xahiş edirik:
* Şübhəli linklərə keçid etməyin,
* Rəsmi səhifələrdə yayımlanmayan məlumatlara inanmayın,
* Dolayı yolla yayılan elanlarla bağlı ehtiyatlı olun.

"OBA” Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında təqdim olunan məlumatlara görə məsuliyyət daşıyır və müştərilərimizin təhlükəsizliyi bizim üçün prioritetdir.


--> -->