Xəbər lenti

İdman 20:53 29.11.2025

"Səbail"in yeni baş məşqçisi məlum oldu

Adil Şükürov "Səbail" PFK-nın baş məşqçisi təyin olunub.

Qaynarinfo xəbər verir ki, mütəxəssislə 2026/2027-ci il mövsümünün sonuna qədər müqavilə imzalanıb.

O, sabah yeni komandasını ilk məşqinə çıxaracaq.

Qeyd edək ki, A.Şükürov bu postda Elvin Məmmədovu əvəzləyib.

A.Şükürov daha əvvəl "Kəpəz"in baş məşqçisi olub.
--> -->