Xəbər lenti

Türkiyənin vitse-prezidenti Azərbaycana gəldi
Siyasət 12:16 22.12.2025

Türkiyənin vitse-prezidenti Azərbaycana gəldi

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu gün Azərbaycana səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Cevdet Yılmazı Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

--> -->