Xəbər lenti

Zakir Həsənovdan yeni təyinat
Ölkə 17:39 24.05.2024

Zakir Həsənovdan yeni təyinat

Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinə yeni rəis təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polkovnik Rəşad Babayev təyin edilib.

Məlumatı Müdafiə Nazirliyindən təsdiq ediblər.

Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.az yayıb.

--> -->