Xəbər lenti

Adolf Hitler Namibiya seçkilərində beşinci dəfə qalib gəldi
Dünya 13:50 27.11.2025

Adolf Hitler Namibiya seçkilərində beşinci dəfə qalib gəldi

59 yaşlı Adolf Hitler Uunona adlı siyasətçi Namibiyada seçkilərdə yenidən qalib gəlib. 

Qaynarinfo "Nexta" portalına istinadən xəbər verir ki, bu, onun Ompunja rayonunda keçirilən regional seçkilərdə ardıcıl beşinci qələbəsidir.

Adolf Hitler Uunona 2004-cü ildən bəri rayona rəhbərlik edir. Siyasətçi əvvəllər atasının ona bu adı tarixi əhəmiyyətini başa düşmədən verdiyini izah etmişdi.

"Uşaq vaxtı bunun tamamilə normal bir ad olduğunu düşünürdüm. Yalnız böyüdükdə başa düşdüm ki, bu adam bütün dünyanı fəth etmək istəyib. Mənim bu şeylərlə heç bir əlaqəm yoxdur. Hitler qlobal miqyasda insanları əsir götürüb öldürən şübhəli bir şəxsiyyət idi, mən onun kimi deyiləm", deyə siyasətçi 2020-ci ildə Almaniyanın "Bild" qəzetinə bildirib.

Adolf Hitler Uunona adını dəyişdirməyi planlaşdırmır və qeyd edir ki, bu, artıq bütün rəsmi sənədlərdə qeyd olunub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->