Xəbər lenti

Azərbaycana gələn turistlərin sayı niyə azalır? - Ekspert səbəblərdən danışır
Ekonomiks 16:46 20.08.2025

Azərbaycana gələn turistlərin sayı niyə azalır? - Ekspert səbəblərdən danışır

Bu ilin 7 ayı ərzində Azərbaycana gələn turistlərin statistikası açıqlanıb. Statistikaya əsasən, körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı 8,3 faiz azalıb. Həmin müddətdə ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib. Körfəzdən Azərbaycana ən çox turist göndərən ölkə Səudiyyə Ərəbistanı olub. Bu ölkədən həmin müddətdə 62 min 71 nəfər gəlib. 26 min 602 nəfər isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olublar. Küveytli turistlərin sayı 14 min 779 nəfər olub. Körfəz, MDB dövlətlərindən, eyni zamanda, Hindistandan gələn turistlərin sayı da ümumi turizm payında azalmaqdadır.
 
İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında turistlərin sayının azalma səbəblərini açıqlayıb. Ekspert hesab edir ki, turistlərin sayının azalmasının ən başlıca səbəbi Azərbaycanın quru sərhədlərinin bağlı olmasıdır:
 


"Birincisi, turistlər istirahət və gəzmək üçün məkan seçəndə ölkələrdə gözəlliyə və sərbəstliyə baxır. İkincisi, Azərbaycan quru sərhədini bağlayıb, belə halda turizmin inkişafından nə danışmaq olar? Təkcə bu səbəb kifayətdir ki, turist ölkə seçəndə Azərbaycanı kənarda saxlasın. Turist baxır ki, 200 ölkə var və hamısının da sərhədi açıqdır. Amma Azərbaycan yeganə ölkədir ki, sərhədi hələ də bağlıdır. Üçüncüsü, Azərbaycan balaca ölkədir, dünyanın ən əhəmiyyətli ölkələrinə viza rejimi tətbiq edib. Biz İspaniya, İtaliya, Avropa Birliyi deyilik ki, ölkəmizə hamı can atsın".

Xalid Kərimli Azərbaycanın turizm sahəsində rəqiblərinin çox güclü olduğunu vurğulayıb:

"Turizm rəqabətli sahədir. Turist bir dəfə Azərbaycana gəlir, ikinci səfərində gəlmək üçün səbəb tapmır. Beşincisi, turist üçün ölkəyə gəlmək-getmək çətindir. Baxır ki, Azərbaycana gələndə bir gün vaxt itirir, təyyarə ilə birbaşa uçuşlar azdır. Dünyanın müxtəlif ölkələrinə viza şərtləri məhduddur".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->