Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi "İS.M.M.” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının fasad və girişlərinin əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 636 121,95 manatdır.
"İS.M.M” MMC bundan az əvvəl Siyəzən Rayon İcra Hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 550 002,1 manat olub.
"İS.M.M.” MMC 30 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 manatdır. Şirkətin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.
Nadir Xudiyev həm də "RASH.M.M. Trade and Services” şirkətinin qanuni təmsilçisidir. Hər iki şirkət satınalma müsabiqələrində fəal iştirak edir. Lakin bu şirkətlərin heç biri haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir.
Xüsusilə, daha çox təmir-tikinti işləri ilə bağlı tenderlərin qalibi olan "İS.M.M.” MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli deyil.
Seyid
Şərhlər