Xəbər lenti

Svalbard buzlaqları kəskin şəkildə əriyib: Təhlükələri nədir?
Dünya 12:44 21.08.2025

Svalbard buzlaqları kəskin şəkildə əriyib: Təhlükələri nədir?

Norveçin şimalında yerləşən Svalbard adasında buzlaqların sürətli əriməsi müşahidə olunub. Alimlərin hesablamalarına görə, təkcə 2024-cü ilin yayında adadakı ümumi buz kütləsinin təxminən 1 faizi itirilib. Bu ərimə prosesinin böyük hissəsi cəmi altı həftə ərzində baş verib. 

Qaynarinfo xəbər verir ki, mövzu barədə "Tagesschau" məlumat yayıb.

Oslo Universitetindən Tomas V. Şulerin rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, 2024-cü ilin yayında Svalbard təxminən 61,7 giqaton buz itirib (±11,1 giqaton). Bu göstərici indiyədək qeydə alınan bütün müşahidələri üstələyib. Məlumatlar müşahidələr, modelləşdirmə və uzaqdan zondlama texnologiyaları vasitəsilə toplanıb.

Ümumilikdə, Barens dənizi hövzəsində (Şpitsbergen də daxil olmaqla) bir ildə 102,1 giqaton (±22,9 giqaton) buz əriməsi qeydə alınıb. Bu proses dünya okeanının səviyyəsinə də təsir göstərib: yalnız Svalbarddakı ərimə nəticəsində qlobal dəniz səviyyəsi 0,16 millimetr, ümumi bölgə üzrə isə 0,27 millimetr yüksəlib.

Alimlər müqayisə üçün Qrenlandiyanın buz örtüyünü də xatırladırlar: həmin dövrdə burada da təqribən 55 giqaton (±35 giqaton) buz itirilib. Lakin Qrenlandiyanın sahəsi Svalbarddan 35 dəfə böyükdür, buna görə də temperatur dəyişikliklərinin təsiri daha yavaş baş verir. 2024-cü ildəki kəskin ərimə əsasən altı həftə davam edən qeyri-adi atmosfer sirkulyasiyası və rekord yüksək hava temperaturu ilə əlaqələndirilir.

Mütəxəssislər bildirirlər ki, indiki iqlim şəraitində bu cür hallar nadir rast gəlinir, lakin əsrin sonuna qədər oxşar və hətta daha güclü temperatur göstəricilərinin artacağı gözlənilir. Bu səbəbdən 2024-cü ilin yayı Arktikada gələcək buzlaqların əriməsi üçün "70 ildən sonranı xatırladan proqnoz" hesab olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->