ABŞ və Ukrayna ölkənin bərpası üçün "çiçəklənmə" müqaviləsi imzalamağı planlaşdırır. Prezidentlər Donald Tramp və Volodimir Zelenski müqaviləni 19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunda imzalaya bilərlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" mənbələrə istinadən yazıb.
Plan Ukraynanın bərpası və iqtisadi bərpası üçün on il ərzində təxminən 800 milyard dollar cəlb etməyi hədəfləyir. Buraya kreditlər, qrantlar və özəl şirkətlərdən investisiyalar daxildir. Saziş 2025-ci ilin yazında imzalanmış mədənçilik müqaviləsinə əsaslanır.
"The Telegraph"ın məlumatına görə, əvvəlcə Zelenski iki müqavilə imzalamaq üçün Vaşinqtona uçmağı planlaşdırırdı - biri "çiçəklənmə" və digəri hərbi əməliyyatların bitməsindən sonra təhlükəsizlik zəmanətləri. Kiyevin Avropa müttəfiqləri ABŞ prezidenti ilə görüş üçün Davosu daha uyğun məkan kimi təklif etdilər.
Aydın
Şərhlər