Xəbər lenti

Şabranda evakuatorla qatar toqquşdu - Sürücü ağır yaralandı (FOTO)
Foto 13:00 01.12.2025

Şabranda evakuatorla qatar toqquşdu - Sürücü ağır yaralandı (FOTO)

Şabranda qatarın evakuatorla toqquşması nəticəsində sürücü yaralanıb. Sürücünün vəziyyəti ağır olduğundan Bakıya aparılıb.

Qaynarinfo AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə Şabran rayonunun Uzunboyad kəndində, Sarvan dəmiryol stansiyası ərazisində baş verib.

Qatar dəmiryol keçidində üzərində yük maşınını daşıyan evakuatorla toqquşub. Avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1978-ci təvəllüdlü Zülfüqar Qafar oğlu Əzizov ağır yaralanıb. Yaralı əvvəlcə Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra müalicəsinin davam etdirilməsi üçün paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.
--> -->