Xəbər lenti

Azərbaycan Basketbol Liqası: VII tura start verildi
İdman 17:15 13.11.2025

Azərbaycan Basketbol Liqası: VII tura start verildi

Azərbaycan Basketbol Liqasında VII tura start verilib.

Qaynarinfo-nun məlumatına görə, günün yeganə oyununda "Lənkəran" "Sərhədçi"ni qəbul edib

Lənkəran Olimpiya İdman Kompleksində keçirilən matç ev sahiblərinin 83:78 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.

--> -->