Xəbər lenti

Bir milyondan çox borcu olan
Ekonomiks 18:18 13.12.2025

Bir milyondan çox borcu olan "Tentex-Baku" cərimələndi

Mərkəzi Bank idxal və ixracat işləri ilə məşğul olan "Tentex-Baku" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimələyib.

Qaynarinfo-nun məlumatına görə, MMC tərəfindən 10.0000 dollar məbləğində vəsait 23 oktyabr 2023-cü il tarixdə xaricə köçürülüb. 

Üzərindən 2 il müddət keçsə də, 53.440 dollar məbləğində vəsait hesabına alınan malların (xidməti) ölkəyə idxal
edilməməsi və həmin valyuta vəsaitinin geri qaytarmaması məlum olub. 

Mərkəzi Bank MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edib və işə məhkəmədə baxılıb. 

Məhkəmənin hökmü ilə "Tentex-Baku" MMC barəsində 53440 dollar valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 10.688 dollar məbləğində inzibati cərimə edilib. 

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan şirkət 23 iyun 2014-cü ildə yaradılıb və şirkətin ilk qanuni təmsilçisi Rzalı Vüqar Mətləb oğlu olub. 10 fevral 2024-cü ildə qanuni təmsilçilik Adilov Anar Nazim oğluna keçib.

Apardığımız araşdırmaya görə, "Tentex-Baku" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.097.080,55 AZN vergi borcu var. Buna baxmayaraq, şirkət riskli vergi ödəyicisi siyahısına daxil edilməyib.

Aydın
--> -->