Xəbər lenti

Dünya 15:12 10.01.2026

"Dünya müharibəsini dayandırmaq üçün ABŞ-a gedəcəm"

Kolumbiya prezidenti Qustavo Petro ABŞ-a "dünya müharibəsini dayandırmaq üçün" səfər edəcəyini bildirib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə CBS-ə verdiyi müsahibədə danışıb.

"Dünya müharibəsini dayandırmaq üçün ABŞ-a səfər edəcəm", deyə Petro bildirib.

Qeyd edək ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Kolumbiya lideri Qustavo Petro ilə Ağ Evdə görüşəcəyini elan edib. Danışıqlar fevralın əvvəlinə planlaşdırılır.

Bundan əvvəl Qustavo Petro ABŞ-ın hücumu halında Kolumbiyanı müdafiə etmək üçün silaha sarılmağa hazır olduğunu bildirib. O, Trampın onu Venesuela prezidenti Nikolas Maduro qədər asanlıqla ələ keçirə bilməyəcəyini bildirib.

Aydın

--> -->