Xəbər lenti

Eldar Sultanov vəzifəsindən azad edildi
Ölkə 12:17 17.03.2023

Eldar Sultanov vəzifəsindən azad edildi

Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanov vəzifəsindən azad edilib.

Qaynarinfo-nun xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Eldar Sultanovun qulluq keçməsinə xitam verilib.

K.Əliyev tərəfindən ona "Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.
--> -->