Xəbər lenti

Tramp: Zelenskinin ilk gündən əlində heç bir kartı olmayıb, indi cəmi biri var!
Dünya 16:50 12.01.2026

Tramp: Zelenskinin ilk gündən əlində heç bir kartı olmayıb, indi cəmi biri var!

ABŞ Prezidenti Donald Tramp yenidən bəyan edib ki, Ukrayna lideri Volodimir Zelenskinin "əlində kartı yoxdur".

Jurnalistin sualına cavab verərkən o, fevraldakı sözlərini təsdiqləyib: "Sənin kartın yoxdur" — və vurğulayıb ki, Zelenskinin ilk gündən əllərində heç bir kozırı olmayıb. Hazırda nəyinsə dəyişib-dəyişmədiyi barədə dəqiqləşdirici suala prezident qəti şəkildə "Xeyr, xeyr" cavabını verib. Onun fikrincə, Zelenskinin əlində olan yeganə real "kart" Donald Trampın özüdür.

"Onun cəmi bir şeyi var. Əgər onda Donald Tramp olmasaydı, bu, tam bir fəlakət olardı və o bunu bilir, Avropa liderləri də bunu bilir, hamı bunu bilir".
Qaynarinfo xəbər verir ki, o, burada "The New York Times”a müsahibəsində https://www.nytimes.com/2026/01/11/us/politics/trump-interview-transcript.html bildirib.

Tramp vurğulayıb ki, Vaşinqton "bacardığı hər şeyi edir" və Rusiya-Ukrayna müharibəsi ilə bağlı heç bir vaxt məhdudiyyəti qoymayıb.

"Əgər biz əlimizdən gələn hər şeyi etsək, mən sadəcə müharibə görmək istəməzdim. Bizim üçün bu belə deyil, düşünürəm ki, mən bu işə qarışmasaydım — bu, üçüncü dünya müharibəsinə çevrilə bilərdi. Hər şey çox pis gedirdi, çox pis. Bu, bir daha baş verməyəcək", — deyə Tramp bəyan edib.

O hesab edir ki, Rusiya prezidenti Vladimir Putin saziş bağlamaq istəyir.

"Mənim elə hallarim olub ki, Putin üçün artıq hər şeyi həll etmişdim, amma Zelenski saziş bağlamaq istəmirdi ki, bu da məni şoka salırdı. Siz elə bu yerdə oturarkən bunun kiçik bir nümunəsini gördünüz. Sonra isə elə hallar oldu ki, hər şey tam əksi idi. Hesab edirəm ki, indi onların hər ikisi saziş bağlamaq istəyir, amma biz bunu aydınlaşdıracağıq", — deyə siyasətçi qeyd edib.

O, həmçinin Putin "sülh planını" rədd edərsə, ABŞ-ın Ukraynanı yenidən silahlandırmağa hazır olub-olmaması barədə sualı cavablandırıb:

"Mən bunu demək istəmirəm. Sadəcə elə bir vəziyyətə düşmək istəmirəm ki, bunu deməyə məcbur qalım, çünki mən həyatları xilas edə biləcəyimə baxmağa borcluyam. Bilirsiniz, müharibə bizə heç nəyə başa gəlmir. Biz indi müharibədən pul qazanırıq və hətta Bayden 350 milyard dollar xərclədikdən sonra — hansı ki, bu çox böyük məbləğdir — bildiyiniz kimi, mən sövdələşmə bağladım".

Tramp xatırladıb ki, Ukrayna ilə nadir torpaq elementləri üzrə sövdələşmə bağlayıb.

"Mən dedim ki, bu pulları geri qaytarmaq istəyirəm, çünki Bayden axmaqdır. O, səfeh adamdır və o sizə 350 milyard dollar verib, mən isə Ukraynaya dedim — bu, onun (Zelenskinin) burada məndən çox da razı qalmamasının səbəblərindən biridir. Mən dedim: "Mən bu pulları Amerikaya geri qaytarmaq istəyirəm”. Və mən nadir torpaq elementləri üzrə sövdələşmə bağladım ki, onun dəyəri qat-qat çox ola bilər. Mən pulları geri qaytardım. Amma o axmaq 350 milyard dolları boşuna verdi", — deyə prezident bəyan edib.

Tramp iddia edir ki, ABŞ Ukraynaya silah satır və Ukrayna onun tam qiymətini ödəyir.

"Mən onlara heç satmıram da. Mən onları NATO-ya satıram. Və bildiyiniz kimi, mən 2-dən 5 faizə qədər pay alıram — NATO-nun hazırda çoxlu pulu var. Amma — mən bunu buna görə etmirəm. Mən bunu ona görə edirəm ki, ayda 25-30 min həyatın xilas edildiyini görmək istəyirəm. Mən buna inana bilmirəm. Bir stadionu götürün və onu 35 min nəfərlə doldurun, bunu ikiyə vurun. Demək istəyirəm ki, bu, stadionun yarısıdır, böyük NFL stadionu. Hər ay bu qədər insan ölür. Bu absurddur", — deyə o əlavə edib.

Bundan əvvəl Tramp bildirmişdi ki, Rusiya lideri Vladimir Putini Nikolas Maduro kimi saxlamağa ehtiyac yaranmayacaq.

"Mən bunun vacib olacağını düşünmürəm. Hesab edirəm ki, bizim həmişə yaxşı münasibətlərimiz olub, baxmayaraq ki, indi ondan (Putindən) məyusam", — deyə o bildirib.

Onun sözlərinə görə, Avropa Ukrayna üçün çox iş görüb, lakin bu kifayət etməyib.

Alpər
--> -->