Xəbər lenti

Elnarə Abdullayeva 4 milyon manata villa alıb? - Ailəsindən açıqlama
Maqazin 13:37 05.11.2024

Elnarə Abdullayeva 4 milyon manata villa alıb? - Ailəsindən açıqlama

Əməkdar artist Elnarə Abdullayevanın 4 milyon manat dəyərində villasının olduğu ilə bağlı məlumat yayılıb. 

Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün xanəndənin ailəsi ilə əlaqə saxlayıb. 

Elnarə Abdullayevanın həyat yoldaşı Elxan bəy deyilənlərin yalan olduğunu bildirib:

"Allah eləsin, deyilənlər həqiqət olsun. Belə məlumatı yayanların da Allah köməkləri olsun. Amma belə bir evimiz yoxdur. Kimsə bizə belə bir ev arzu edirsə, Allah onun köməyi olsun". 

Bahar Rüstəmli
--> -->