Xəbər lenti

Hacıqabulda zəncirvari qəzada 5 nəfər xəsarət aldı (FOTO)
Foto 11:03 07.01.2026

Hacıqabulda zəncirvari qəzada 5 nəfər xəsarət aldı (FOTO)

Hacıqabulda zəncirvari qəza olub.

APA-nın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı avtomobillə iki "KİA" markalı avtomobil toqquşub. Nəticədə 5 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
--> -->