Xəbər lenti

MN-in Tibbi Sənədlər Arxivinin rəisi həbs olundu
Ölkə 13:25 05.12.2025

MN-in Tibbi Sənədlər Arxivinin rəisi həbs olundu

Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Arxivin rəisi mayor Ruhin Tağıyev korrupsiya cinayətində təqsirləndirilir.

Mayor Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

--> -->