Xəbər lenti

Nazirlikdəki işindən ayrıldı - Muxtar Babayev yeni vəzifə verdi
Ölkə 16:34 21.10.2025

Nazirlikdəki işindən ayrıldı - Muxtar Babayev yeni vəzifə verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun məlumatına görə, Faiq Mütəllimov öz istəyi ilə şöbə müdiri vəzifəsindən ayrılıb.

O, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndələyinin böyük məsləhətçisi təyin olunub. 

2013-cü ildən nazirlikdə işləyən Faiq Mütəllimov 2021-ci ildən Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsində çalışırdı. 

Xatıradaq ki, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. 

Əhməd
--> -->