Xəbər lenti

Salyanda 1 milyonluq abadlıq - Qalib şirkət kimindir?
Ekonomiks 14:30 30.08.2025

Salyanda 1 milyonluq abadlıq - Qalib şirkət kimindir?

Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhər küçələrində və Bayraq meydanında abadlıq işləri və çoxmənzilli kommunal binada əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə tenderin qalibi "SQS Group" MMC seçilib. Təmir işlərinə görə şirkətə 1 112 261, 92 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "SQS Group" MMC 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Quliyev Qardaşxan Əliş oğludur. 

"SQS Group" MMC-nin saytında yeləşdiriləm məlumatlardan aydın olur ki, şirkət əsasən sənaye sahəsində fəaliyyət göstərir. Lakin bununla belə, tikinti və abadlıq işləri də həyata keçirir.

Seyid
--> -->