Xəbər lenti

Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı
Ölkə 16:30 13.11.2025

Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı

Dövlət Sərhəd Xidməti Akademiyasının keçmiş rəis əvəzi general-mayor Faiq Məmmədov yeni vəzifəyə təyin olunub.

Qaynarinfo Gününsəsi.info-ya istinadən xəbər verir ki, Faiq Məmmədov DSX rəisi general-polkovnik Elçin Quliyevin müşaviri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Faiq Məmmədov Akademiyadan çıxarıldıqdan bir müddət sonra DSX aparatında çalışsa da, sonradan təqaüdə göndərilmişdi.

--> -->