Xəbər lenti

Xərçəngdən əziyyət çəkən Əməkdar artist danışdı:
Ölkə 17:20 27.08.2024

Xərçəngdən əziyyət çəkən Əməkdar artist danışdı: "Qismətim belə imiş"

"İndi vəziyyətim yaxşıdır. Səhhətim yavaş-yavaş qaydasına düşür". 

Bunu Qaynarinfo-ya açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.

Direktor müayinə və müalicələrinin davam etdiyini vurğulayıb:

"İki dəfə analiz verdim, şükürlər olsun ki, yaxşı çıxıb. Məni bir az incidən səsimdir. O da getdi... Neynəyim, qismət belə imiş. Əsas odur ki, canım sağ olsun". 

Yadigar Muradov yeni teatr mövsümünə hazırlaşdığını diqqətə çatdırıb:

"Qarşıdan yeni teatr mövsümü gəlir. Bir neçə gündən sonra işə çıxacağıq. Qarşıda çoxlu planlarımız var". 

Qeyd edək ki, Əməkdar artist Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir. 

Bahar Rüstəmli
--> -->