Ağdamda ağır xəsarətlər alan iki yaşlı uşaq xəstəxanaya yerləşdirilib.
"Qafqazinfo” xəbər verir ki, onun atası tərəfindən döyüldüyü iddia olunur.
Hadisə rayonun Xındırıstan kəndində baş verib.
Belə ki, iki yaşlı R.M ağır bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, daxil olarkən azyaşlının vəziyyəti kəskin ağır olub.
Hadisəni törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər