Xəbər lenti

Berlində Rza Pəhləviyə etiraz: Sürgündəki şahzadəyə hücum (FOTO)
Dünya 16:14 23.04.2026

Berlində Rza Pəhləviyə etiraz: Sürgündəki şahzadəyə hücum (FOTO)

Almaniyanın paytaxtı Berlində İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi etiraz aksiyası ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, hadisə Pəhləvinin Federal Mətbuat Evində keçirdiyi mətbuat konfransından sonra baş verib. 

O, binadan çıxaraq avtomobilinə doğru yönəldiyi zaman naməlum şəxs tərəfindən üzərinə qırmızı maye atılıb.



Məlumata görə, maye Pəhləvinin kürək və boyun nahiyəsinə düşüb və qısa müddətli qarışıqlıq yaranıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.

Baş verənlərdən sonra Rza Pəhləvi ərazini tərk edib. Faktla bağlı araşdırma başlanıb.

Aydın
--> -->