Xəbər lenti

Ölkə 13:21 21.04.2026

"Bolt"un əməkdaşından 13 nəfərə qarşı dələduzluq

Naxçıvanda "Bolt" taksi şirkətinin əməkdaşı 13 nəfər qarşı dələduzluq edib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, o, qurbanlarını işə düzəltmək və xaricdən avtomobil gətirmək adı ilə aldadıb. 

Hüquq-mühafizə orqanlarına şikayətdən sonra Tural Bağırov adlı həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib, həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində hakim Aslan Heydərovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. 

Məhkəmənin hökmü ilə Tural Bağırov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.

Seyid
--> -->