Xəbər lenti

Bu il Azərbaycanda dəyişdirilən adlar: Qanvoy, Ulçin, Cunaqız...
Ölkə 11:33 23.04.2026

Bu il Azərbaycanda dəyişdirilən adlar: Qanvoy, Ulçin, Cunaqız...

Cari ilin ilk 3 ayı ərzində 261 nəfər adını dəyişdirib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan bir hissəsi yalnız adını, qalanlar isə adını və soyadını, eləcə də adını, soyadını və ata adını birlikdə dəyişdirib.

"Qanvoy, Ulçin, Radə, Mamed, Nənəş, Kimyə, Cunaqız kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib", - məlumatda qeyd olunub.
--> -->