Xəbər lenti

Cozef Borrell: Avropa artıq ABŞ-ı müttəfiq hesab edə bilməz
Dünya 17:27 25.11.2025

Cozef Borrell: Avropa artıq ABŞ-ı müttəfiq hesab edə bilməz

"ABŞ prezidenti Donald Trampın təklif etdiyi Ukraynadakı münaqişənin həlli planına görə Avropa artıq ABŞ-ı müttəfiq hesab edə bilməz". 

Qaynarinfo xəbər verir ki, bunu Avropa İttifaqının keçmiş xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell sosial media səhifəsində bildirib.

Diplomat qeyd edib ki, ABŞ hətta öz təhlükəsizliyinə təsir edən məsələlərdə Avropa ilə məsləhətləşmir.

Borrellin sözlərinə görə, Avropa İttifaqı ABŞ siyasətindəki dəyişiklikləri qəbul etməli və müvafiq şəkildə cavab verməlidir. Keçmiş Aİ diplomatiya rəhbəri Trampa qarşı "sakitləşdirmə siyasəti"nin uğursuz olduğuna inanır.

Borrell əlavə edib ki, Trampın hərbi xərclər, rəqəmsal tənzimləmənin ləğvi, çoxmillətli vergilər və enerji təchizatı ilə bağlı tələblərinə güzəştlər heç bir təsir göstərməyib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->