2026-cı ilin ilk 2 ayında Azərbaycanda orta aylıq əmək haqqı 1099 manat olub.
Qaynarinfo xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında depuatat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, ölkəmizdə minimum əmək haqqı orta aylıq əmək haqqının cəmi 36.3 faizini təşkil edir:
" Qlobal olaraq daha uyğun hesab edilən nisbət 55-60 faizdir. Avropa Birliyinə üzv olan yüksək gəlirli dövlətlərdə minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizindən çoxunu təşkil edir. Göründyü kimi, Azərbaycanda minimum əmək haqqının orta aylıq əmək haqqıya nisbəti yüksək deyil. Minimum əmək haqqı ilə orta aylıq əmək haqqının arasındakı fərqin azaldılması median əmək haqqı məbləğinin də artmasına xidmət edərdi. Bu həmçinin daha aşağı maaş alanların sosial təminatının daha da gücləndirilməsi aspektindən vacibdir.
Cənab Prezident tərəfindən Əmək Məcəlləsində təsdiq edilən dəyişikliklərə əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Bununla da, minimum əməkhaqqının artırılması artıq situativ deyil, qanunla müəyyən edilmiş dövri və sistemli prosesə çevrilib. Bu il fevral ayında təsdiq edilən dəyişikliklərdən sonra bir il ərzində yeni mexanizmə uyğun olaraq minimum əməkhaqqının artırılması ilə bağlı konkret təkliflərin hazırlanması və təqdim olunması gözlənilir".
Vüqar Bayramov qeyd edib ki, daha yaxşı olardı ki, minimum əmək haqqı məbləği artırılan zaman orta aylıq əmək haqqı ilə nisbət nəzərə alınsın:
"Minimum əmək haqqındakı artım faizinin daha çox olması bu fərqin azalmasına səbəb ola bilər. Bu baxımdan, minimum əmək haqqı artırılan zaman orta aylıq əmək haqqı ilə nisbətin nəzərə alınması və minimum əmək haqqında daha yüksək artımların reallaşması məqsədəuyğun olardı".
Vüqar
Şərhlər