Seneqal baş naziri Usman Sonko eynicinsli münasibətlərə qarşı cəzaların ağırlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin parlament təqdim olunduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, qanun qəbul olunarsa, həbs cəzaları ikiqat artırılacaq və təbliğatla məşğul olanlara da ciddi cəzalar tətbiq ediləcək.
O, hazırkı qanunda "təbiətə zidd hərəkət" kimi müəyyən edilən eynicinsli münasibətlərin qanunda daha aydın şəkildə tərif ediləcəyini qeyd edib.
Hazırda 1–5 il həbs cəzası nəzərdə tutulan qanun layihəsinə əsasən, eynicinsli münasibətə görə cəza 10 ilə qədər artırılacaq. Bundan əlavə, eynicinsli münasibətin "təbliğatını edən" şəxslərə 3–7 il həbs cəzası tətbiq ediləcəyi nəzərdə tutulur.
Qanun layihəsinin parlamentdə nə zaman səsverməyə çıxarılacağı hələ açıqlanmayıb.
Aydın
Şərhlər