İqtisadiyyat Nazirliyinin regional bölmələrinin siyahısında dəyişiklik edilib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Qərara əsasən, nazirliyin regional bölmələrinin siyahısı genişləndirilərək 12-yə çatdırılıb. Belə ki, hazırda Nazirliyin Regional Bölmələri Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz, Mərkəzi Aran, Şirvan-Salyan, Mil-Muğan, Qarabağ, Şərqi Zəngəzur, Dağlıq Şirvan olaraq formalaşıb.
Qeyd edək ki, indiyədək regional bölmələrin sayı 8 olub. Bunlar Abşeron, Aran, Dağlıq Şirvan, Quba-Xaçmaz, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Yuxarı Qarabağ Regional Bölmələri idi.
Şərhlər