Xəbər lenti

İstiqlalçı deputat vəfat etdi
Ölkə 22:39 10.01.2026

İstiqlalçı deputat vəfat etdi

İstiqlalçı deputat, keçmiş polis rəisi, əslən Naxçıvan MR Şərur rayonunun Oğlanqala kəndindən olan Allahverdi Həsənov bu gün vəfat edib.
 
Modern.az xəbər verir ki, bu barədə mərhumun həmkəndliləri bildiriblər. Onun nəşi bu gün doğulduğu Şərur rayonunun Oğlanqala kəndində torpağa tapşırılıb.
 
Allahverdi Həsənov 90-cı illərdə həm də Şərur rayonunun polis rəisi olub. Bu, ermənilərin Naxçıvana aramsız silahlı hücumlar etdiyi dövrə təsadüf edib. O, Naxçıvanın ermənilərdən müdafiəsində yaxından iştirak edib.
 
Allahverdi Həsənov Azərbaycan Sli Sovetinin deputatı olub. O, Azərbaycanın istiqlaliyyətinə səs vermiş 43 millət vəkilindən biri olub.
 
Allahverdi Həsənov 2007-ci ildə Daxili İşlər orqanlarından təqaüdə çıxmışdı. 
 
Allah rəhmət eləsin!
--> -->