Xəbər lenti

Mənzurə Musayevadan qardaşının vəzifədən azad olunmasına münasibət
Ölkə 13:42 13.01.2026

Mənzurə Musayevadan qardaşının vəzifədən azad olunmasına münasibət

Müğənni Mənzurə Musayeva qardaşının vəzifədən azad olunmasına münasibət bildirib.

Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, qardaşı Mətləb Musayev Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifəsindən öz ərizəsi əsasında çıxıb:

"Ona xəstəxanada şöbə müdiri vəzifəsi təklif ediblər. Razı olmayıb. Bundan sonra qardaşım adi həkim olaraq işinə davam edəcək”.

Qeyd edək ki, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev vəzifəsindən azad edilib.

Bahar Rüstəmli
--> -->