Xəbər lenti

Məşhur Fransa klubu Elvin Cəfərquliyevə 3 illik müqavilə təklif etdi
İdman 10:41 12.01.2026

Məşhur Fransa klubu Elvin Cəfərquliyevə 3 illik müqavilə təklif etdi

Fransanın "Sent Etyen" klubu Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi transfer etmək istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın butfootballclub.fr portalı yazıb.

Qeyd edilir ki, 25 yaşlı sol cinah müdafiəçisi 2025-ci ildə ölkədə ən yaxşı futbolçusu seçilib və bu mövsüm sabit çıxışı ilə diqqəti çəkib.

Həmçinin bildirilib ki, Fransa klubu Elvin Cəfərquliyevə 3 illik müqavilə təklif edib.

Transfer hələlik şayiə xarakteri daşıyır, lakin razılıq əldə olunarsa, o, Liqa 2 təmsilçisi üçün dərhal etibarlılıq gətirə biləcək təcrübəli gücləndirmə hesab olunur.

Aydın
--> -->