Xəbər lenti

Onlara 58 milyondan çox ödəniş edilib
Ölkə 20:29 12.10.2025

Onlara 58 milyondan çox ödəniş edilib

Cari ilin yanvar-avqust aylarında tibbi sığorta üzrə yığımlar 101 milyon 368 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, illik müqayisədə tibbi sığorta üzrə yığımlar 7 milyon 743 min manat və ya 8,27% artıb. 

Xatırladaq ki, ötən ilin eyni dövründə tibbi sığorta üzrə yığımlar 93 milyon 625 min manat olub. 

Bu sığorta növünün ödənişlərinə gəldikdə isə illik müqayisədə sığorta ödənişləri 3 milyon 235 min manat və ya 5,21% azalıb.

Belə ki, cari ilin ilk 8 ayında ödənişlər 58 milyon 847 min manat təşkil edərkən, ötən ilin eyni dövründə bu rəqəm 62 milyon 82 min manat təşkil edib. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->