Energetika Nazirliyində təyinat olub.
Valyuta.az-ın məlumatına görə, Orxan Məmmədli Enerji Səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə ve ev təsərrüfatlarında enerji səmərəliliyi sektorunun müdiri təyin edilib.
O.Məmmədli bundan əvvəl 2023-cü ildən Azərbaycan Respublikasının Energetika Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. Həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində 2018-2019-cu illərdə qazpaylayıcı stansiyanın operatoru, 2019-2022-ci illərdə isə Qaz İxrac İdarəsində energetik kimi fəaliyyət göstərib.
O, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elektroenergetika mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2021-ci illərdə "Geneva Business School"da neft və qazın idarə edilməsi ixtisası üzrə Biznesin İdarəedilməsi Magistri (MBA) dərəcəsi alıb. Həmin illərdə paralel olaraq Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi (ümumi) ixtisası üzrə magistr təhsili alıb.
Qeyd edək ki, o, rus və ingilis dillərini bilir.
Şərhlər