Xəbər lenti

İdman 17:33 05.01.2023

"Qarabağ" legioneri ilə müqavilə imzaladı (FOTO)

"Qarabağ" klubu futbolçusu Marko Veşoviçin müqaviləsinin müddətini uzadıb.

Ağdam təmsilçisindən Qaynarinfo-ya verilən məlumata görə, 32 yaşlı müdafiəçinin yeni sözləşməsi 2025-ci il iyunun 30-dək nəzərdə tutulub. Onun müqaviləsi iyunda başa çatmalı idi.

Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edir. Bu müddətdə 60 oyuna çıxan monteneqrolu futbolçu 5 qol vurub. Əvvəllər Monteneqronun  "Buduçnost", "Mladost", Serbiyanın "Srvena Zvezda", İtaliyanın "Torino", Xorvatiyanın "Rieka" və Polşanın "Legia" klublarında oynayan müdafiəçi ölkəsinin yığmasında keçirdiyi 37 oyunda iki dəfə fərqlənib.
 

 
Səbuhi Həsənov
--> -->