İspaniyanın "Real Madrid" komandasının yeni baş məşqçisi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.
Madrid kollektivini İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu olan Alvaro Arbeloa çalışdıracaq.
Müqavilənin detalları barədə açıqlama verilməyib.
Qeyd edək ki, Alvaro Arbeloa bu gün baş məşqçi postundan ayrılan Xabi Alonsonu əvəzləyib.
Arbeloa 2025-ci ilin yayından bəri "Real"ın ikinci komandası olan "Kastilya"ya rəhbərlik edib.
Şərhlər