"Moskviç 2140” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan sürücü məhkəməlik olub.
Qaynarinfo-nun məlumatına görə, D.F idarə etdiyi, "BC” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı–Ələt–Qazax–Gürcüstan avtomobil yolunun 336-cı kilometrində qayda pozuntusuna yol verib. Bu səbəbdən onun barəsində inzibati xəta protokolu tərtib olunub və 50 manat məbləğində cərimə tətbiq edilib.
Lakin sürücü cəriməni 3 ay müddətində ödəmədiyi üçün onun haqqında İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə əlavə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, sürücünün "Moskviç 2140” markalı avtomobili idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.
Həmin avtomobil 1975-ci ildı istehsal olunub.
Əhməd
Şərhlər