Xəbər lenti

Eston nazir: NATO-nun dağılmasını gözləməyin, biz ABŞ-a güvənirik
Dünya 18:48 17.04.2026

Eston nazir: NATO-nun dağılmasını gözləməyin, biz ABŞ-a güvənirik

Estoniya müdafiə naziri Hanno Pevkur bildirib ki, NATO-nun dağılacağı gözlənilmir və ABŞ artan gərginliyə baxmayaraq müttəfiqlər üçün təhlükəsizlik təminatçısı olaraq qalacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Müdafiə idarəsinin rəhbəri vurğulayıb ki, ABŞ-ın mümkün Rusiya hücumu halında müttəfiqləri müdafiə edəcəyinə şübhə etmir: "Bəli, mən ABŞ-a güvənirəm və bəli, bütün müttəfiqlərimizə güvənirəm".

Son dövrlərdə NATO daxilində ziddiyyətlər artıb. Xüsusilə ABŞ prezidenti Donald Trampın ölkəsinin alyansdan çıxması ehtimalı ilə bağlı bəyanatlarından sonra müzakirələr daha da kəskinləşib. Gərginlik Ormuz boğazı ətrafındakı təhlükəsizlik məsələləri və Qrenlandiya ilə bağlı vəziyyət fonunda da artıb.

Bununla belə, Pevkur hazırkı vəziyyəti "uzunmüddətli evlilik”lə müqayisə edərək, münaqişələrin qaçılmaz olduğunu, lakin bunun ayrılıq demək olmadığını bildirib.

Nazir Avropa ölkələrinin hələlik hərbi təhdidlərə təkbaşına müqavimət göstərə bilmədiyini etiraf edib. Onun sözlərinə görə, müttəfiqlər müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdır. Buna baxmayaraq, Estoniya NATO daxilində ən yüksək göstəricilərdən birini nümayiş etdirərək ÜDM-in 5%-dən çoxunu müdafiəyə xərcləməyi planlaşdırır.

Pevkur həmçinin Alyansı İran ətrafındakı vəziyyətə diqqət yetirməyə çağırıb. Onun fikrincə, oradakı sabitlik ABŞ-ın diqqətini yenidən Ukraynaya yönəltməsinə imkan verə bilər: "Bizim region üçün bu hələ də əsas problemdir".

Aydın

--> -->