Xəbər lenti

ABŞ vizası olan bütün əcnəbilər yoxlanılacaq, qayda pozanlar deportasiya ediləcək
Dünya 11:15 22.08.2025

ABŞ vizası olan bütün əcnəbilər yoxlanılacaq, qayda pozanlar deportasiya ediləcək

ABŞ-da 55 milyondan çox qüvvədə olan viza sahibinin deportasiyaya səbəb ola biləcək pozuntulara görə yoxlanışı aparılır.

Qaynarinfo "Associated Press”ə istinadla yazır ki, Dövlət Departamenti ABŞ vizası sahiblərinin – o cümlədən müxtəlif ölkələrdən gələn turistlərin – "daimi yoxlanışa” cəlb ediləcəyini açıqlayıb. Məqsəd onların ölkəyə giriş və ya ABŞ-da qalmaq hüququna malik olub-olmadığını göstərən hər hansı əlamətləri müəyyən etməkdir.

Belə hallar aşkar edildikdə viza ləğv ediləcək, əgər viza sahibi ABŞ ərazisindədirsə, o zaman deportasiya olunacaq.

"Dövlət Departamentinin yeni formulu göstərir ki, bu davamlı yoxlama prosesi daha geniş yayılacaq və hətta ölkəyə giriş icazəsi verilmiş şəxslərin belə bu icazələri qəfil ləğv edilə bilər”, – nəşr qeyd edir.

Rəsmilər bildiriblər ki, yoxlamalara viza sahiblərinin sosial şəbəkə hesabları, onların ölkələrindəki hüquq-mühafizə və miqrasiya xidmətlərinin məlumatları, eləcə də ABŞ ərazisində olduqları müddətdə törətdikləri istənilən qanun pozuntuları daxil ediləcək.

Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, ötən il ABŞ-da 12,8 milyon "green card” sahibi və 3,6 milyon müvəqqəti viza sahibi olub.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ bəzi ölkələrdən turist və biznes vizası üçün müraciət edən şəxslərdən vizanın müddəti bitməmiş ölkəni tərk edəcəklərinə təminat olaraq 15 min dollara qədər girov tələb edə bilər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, müharibədən qaçaraq ABŞ-da sığınacaq tapan Ukrayna vətəndaşları münaqişə bitənə qədər ölkədə qala biləcəklər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->