Xəbər lenti

İsa Məsih necə ölüb və dirilib? - Yeni fərziyyə
Dünya 22:31 21.08.2025

İsa Məsih necə ölüb və dirilib? - Yeni fərziyyə

Tədqiqatçılar İsa Məsihim ölümü və dirilməsi barədə yeni fərziyyələr irəli sürüb.

Qaynarinfo "Mirror" yazır ki, Nikodim İncilinin - "Pilatusun əməlləri" adı ilə də tanınan mətnin - orijinallığı dini tədqiqatçılar arasında ciddi müzakirələrə səbəb olub. Xüsusilə maraq doğuran məqam onun ilk hissəsidir. Burada İsanın mühakiməsi və dirilməsi haqqında ətraflı təsvirlər verilir.

Əsərdə hadisələr Nikodimin gözü ilə təqdim olunur. O, Yəhya İncilində Məsihin davamçısı kimi göstərilib. Burada diqqətəlayiq başqa bir obraz da yer alır - Yeni Əhddə adı çəkilməyən Roma yüzbaşısı Lonqin.

Nikodim Lonqini İsanı çarmıxa çəkərkən nizə ilə böyründən deşən döyüşçü kimi təqdim edir. Rəvayətə görə, o an İsanın qanı və suyu onun gözlərini yuyur və Lonqin möcüzəvi şəkildə görməyə başlayır.

Digər mənbələrdə isə Lonqin İsanın məzarının yanında keşik çəkən əsgər kimi göstərilir. Hekayəyə əsasən, o, yəhudi rəhbərlərindən rüşvət qəbul etməyib və İsanın ölümündən sonra baş verən zəlzələni görərək onu "həqiqətən Tanrının Oğlu" adlandırıb.

Bununla belə, bu rəvayətin həqiqiliyi ciddi şəkildə mübahisə olunur. Alimlərin bir qismi mətnin Nikodim tərəfindən deyil, naməlum müəllif tərəfindən İsanın ölümündən 400-500 il sonra qələmə alındığını düşünür.

Buna görə də Lonqin obrazı Bibliyada yer almayıb. Ancaq onun xatirəsi Vatikanın Müqəddəs Pyotr bazilikasında yerləşən heyrətamiz heykəldə əbədiləşdirilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->