Xəbər lenti

Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır (VİDEO)
Video 22:06 27.11.2025

Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır (VİDEO)

Şabran şəhərində, Şabrançayın kənarında torpaq sürüşməsi təhlükəsi sakinləri çətin vəziyyətdə qoyub. Çay kənarında sürüşmə fəallaşıb, evlər təhlükə altındadır.

Sakinlər problemlə bağlı "Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, onlar deyirlər ki, 6 ay əvvəl selin yaratdığı fəsadlar hələ də qalır.

Güclü axın bir neçə yaşayış evinin divarlarını yuyub, dağıdıb, bəzilərinin isə tamamilə uçmasına səbəb olub. Hazırda da çayın kənarları uçaraq evlərə yaxınlaşır.

Vətəndaşlar bildirirlər ki, güclü seldən 6 ay keçməsinə baxmayaraq, ciddi tədbirlər görülməyib. 

Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, problemin həlli üçün texnikalar cəlb olunub, işlər aparılır.

Sakinlərdə qısamüddətli tədbirlərlə problemin tam həll olunacağına inam azdır. Onlar güclü yağışlardan sonra təhlükənin yenidən böyüyə biləcəyindən narahatdırlar.  

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 
 

 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->