Xəbər lenti

Avropanın məşhur kurort şəhərində zibil böhranı - Qonşu ölkəni günahlandırırlar
Dünya 19:00 27.11.2025

Avropanın məşhur kurort şəhərində zibil böhranı - Qonşu ölkəni günahlandırırlar

Xorvatiyanın ən məşhur Balkan istiqamətlərindən sayılan kurort şəhəri Dubrovnik ciddi tullantı problemi ilə üzləşib.

Qaynarinfo "The New York Times"a istinadən xəbər verir ki, Adriatik dənizindəki son fırtına yenidən suları qarışdırıb və şəhər rəhbərliyinin məlumatına görə, güclü cənub axınları tonlarla zibili iki əsas turist məkanına - Banye sahilinə və Köhnə şəhərə atıb.

Şəhər rəsmisi Mariya Payiç Baçiç bildirib: "Tapılan etiketlərə və materiallara əsasən, tullantıların böyük hissəsi ehtimal ki, Albaniyadan gəlir".

Dubrovnikin meri Mato Frankoviç deyib ki, tullantıların yığışdırılmasına bütün şəhər xidmətləri, o cümlədən sanitariya və liman heyəti cəlb olunub.

Qeyd olunur ki, yaxın iki-üç gün ərzində tullantı daşıyan yük maşınlarının işə başlaması planlaşdırılır və sahil tezliklə zibildən - əsasən plastikdən, həmçinin metallardan və tibbi tullantılardan təmizlənəcək.

Nəşr bildirir ki, bu, təsadüfi hal deyil - Adriatik dənizi illərdir tonlarla zibili Dubrovnik sahillərinə çıxarır. Yerli bələdçi İvan Vukoviç deyib: "Dubrovnik onilliklərdir qış aylarında tullantı problemi ilə üzləşir".

Mer Frankoviç əlavə edib ki, Xorvatiyanın Xarici İşlər Nazirliyi Albaniya ilə uzun müddətdir danışıqlar aparır: "Çünki biz tullantıların haradan gəldiyini bilirik". 

O həmçinin bildirib ki, Xorvatiya Albaniyaya ölkədə tullantıların idarə olunması üçün maliyyə dəstəyi təklif edib: "Biz yalnız səthə çatan tullantıları görürük, lakin narahatedici miqdarda çirkab dəniz dibinə çökür və orada qalır".

Bu arada Dubrovnik-Neretva jupaniyasının qubernatoru Blaj Peso HRT-yə açıqlamasında bildirib ki, problemi yalnız transsərhəd əməkdaşlıq yolu ilə həll etmək mümkündür. Onun təklif etdiyi variantlardan biri açıq dənizdə hələ hərəkətdə olan tullantıları müəyyən etmək üçün peyk monitorinqidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->