Xəbər lenti

Aqil Ələsgər İstanbulda mükafata layiq görüldü (FOTO/VİDEO)
Foto 14:26 20.08.2025

Aqil Ələsgər İstanbulda mükafata layiq görüldü (FOTO/VİDEO)

İstanbulda keçirilən 20-ci Qızıl Uğur Mükafatları ("Altın Başarı Ödülleri”) mərasimi mətbuat və sənət aləminin tanınmış simalarını bir araya gətirib.

Qaynarinfo xəbər verir ki, Cengizhan Kayanın aparıcılıq etdiyi gecədə fərqli kateqoriyalarda təqdim edilən mükafatlar münsiflər heyətinin dəyərləndirməsi ilə sahiblərinə çatdırılıb.

"Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də "Türkiyə-Azərbaycan Qardaşlıq Mediası” şərəf mükafatı ilə təltif olunub. O, mükafatı qəbul edərkən təşəkkürlərini bildirib və bu nailiyyəti Azərbaycan və Türkiyənin media dünyasına həsr etdiyini vurğulayıb.

A. Ələsgər çıxışında hər kəsə minnətdarlığını ifadə edib, xüsusilə də Turana və Türkiyə-Azərbaycan qardaşlığına sevgisini dilə gətirib.

O, çıxışını Ziya Gökalpın məşhur "Vatan ne Türkiye’dir Türklere ne Türkistan / Vatan, büyük ve müebbet bir ülkedir: Turan” sözləri ilə tamamlayıb.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->