Xəbər lenti

Azərbaycanda binanın blokunun uçma anı (VİDEO)
Video 10:24 27.11.2025

Azərbaycanda binanın blokunun uçma anı (VİDEO)

Goranboy rayonunda istifadəyə yararsız vəziyyətdə olan beşmərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.

Qaynarinfo Milli.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saat 21:00 radələrində baş verib.

Bildirilir ki, binanın həmin hissəsi qəfil dağılaraq uçub. Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə dərhal Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN-in Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->