Xəbər lenti

Basketbol millimiz seçmə mərhələdə mübarizəyə başlayır
İdman 09:41 27.11.2025

Basketbol millimiz seçmə mərhələdə mübarizəyə başlayır

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa bu gün çıxacaq.

Qaynarinfo-nun məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qarşılaşma Skopyedə, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, yığma noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->