"O vaxtın keyfiyyətsiz musiqiçilərini bəzən indi korifey sənətkar kimi təqdim edirlər"
Xalq artisti, bəstəkar Aygün Səmədzadə "Uzun sözün qısası” podcastına qonaq olub.
Qaynarinfo xəbər verir ki, bəstəkar veriliş zamanı Azərbaycan musiqisi, keçmiş dövrün mahnıları, keyfiyyət məsələsi və bir çox mövzularda fikirləri bölüşüb.
Bəstəkar qeyd edib ki, titulu olan bəzi müəlliflərin mahnılarını zəif hesab edir və bu əsərlərin bu gün təqdim olunsa belə yenidən tanınmasının səbəbi onların ifaçılarıdır:
"Azlığın içində sən daha yaxşı seçim edirsən və yaddaşa mahnılar daha yaxşı həkk olunur. Onların içində zəiflər də olub. Adlarını çəkməyəcəm. Elə bəstəkarlar var ki, titulları da olub, amma fikrimcə onların mahnıları zəifdir. Hətta deyərdim, mahnı da deyillər. Bu gün gətirsən o mahnıları kimsə oxusa, yenə də yada düşəcək. Bu mahnını o müğənni oxuyub…”
Aygün Səmədzadə əlavə edib ki, zaman keyfiyyəti dəyişmir və keyfiyyətsiz mahnı istənilən dövrdə zəif olaraq qalır:
"Zaman əslində heç nəyi dəyişmir. Keyfiyyətsiz mahnı o vaxt da keyfiyyətsiz olub, keyfiyyətsiz müğənni o vaxt da keyfiyyətsiz olub. Baxmayaraq ki, onların bəzilərini bu gün çıxarıb ağsaqqal korifey musiqiçilər kimi təqdim edirlər. Baxıram ki, hələ axı bunları dinləyən insanların hamısı ölməyib. Yəni biz bilirik ki, bunlar nə oxuyub, indi mənəm-mənəm deməklə deyil”
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər